Bizi izləyin

Premyer-liqa

Musayevin Mustafası

Ramin Musayevin son açıqlamaları açıq səmada şimş?…

blank
Ramin Musayevin son açıqlamaları açıq səmada şimşək effekti verdi. Zaman-zaman maraqlı, bəzən də qəribə fikirləri diqqət çəkdiyindən ilk vaxtlar kimsə Peşəkar Futbol Liqasının prezidentinin dediklərinə böyük önəm vermədi. Ancaq hadisələrin ssenarisinin sonrakı ardıcıllığı göstərdi ki, bütün bunlar çoxdan yığılıb qalmış problemlərin partlayışı, eyni zamanda əks-hücumdu.
Ramin bəyin klubların PFL-ə borclu olması, pulları ödənilməyəcəyi halda Premyer Liqa təmsilçilərinin xallarının silinəcəyi ilə bağlı dedikləri ilk vaxtlar ciddi qəbul olunmadı. Klublar bunun söz xatirinə deyildiyini düşündülər, hətta AFFA-nın hüquqşünası Rəmiş Malıyev proseduru izah etməyi lazım bildi. Belə ki, PFL bunun üçün öncə İntizam Komitəsinə müraciət etməliydi. Musayevin onun dediyi kimi etməsi isə açıqlamasında israrlı olduğunu göstərdi.
***
Artıq AFFA İntizam komitəsinin iclası keçirilib və Topaz Premyer Liqasında mübarizə aparan klubların borcu müzakirə olunub. Peşəkar Futbol Liqasının İntizam Komitəsinə ünvanladığı məktuba əsasən araşdırma aparılıb və qərar verilib. Elitada çıxış edən klubların (“Qarabağ” istisna olmaqla) legioner futbolçular üçün nəzərdə tutulan üzvlük haqqı və cərimələrdən ibarət olan PFL-ə ödənilməmiş borclarının olduğunu və borcların son ödəmə tarixinin 29 yanvar 2016-cı il kimi qeyd olunduğunu qurum müraciətində bildirib. Eyni zamanda PFL təyin edilmiş tarixə kimi borcunu ödəməyən klublara qarşı yeni (yerli və legioner) futbolçuların qeydiyyatını və hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulması ilə bağlı da İK-ya müraciət edib. 
 
İntizam Komitəsi fakt qarşısında qaldıqdan sonra yanvarın 29-a kimi PFL-ə olan borcunu ödəməyən klublara qarşı sanksiyaları təsdiqlədi:
– Yeni (yerli və legioner) futbolçuların qeydiyyatına qadağa qoyulsun.
– Hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulsun (borc ödənilmədiyi tarixə kimi).
– Borcunu ödəmiş kluba qarşı cəzalar qüvvədən düşür.
***
Maraqlı situasiyadı. Daim klublarla sıx münasibətlərdə olan Musayevə nə oldu ki, birdən-birə belə zəlzələnin səbəbkarı oldu? Axı, o, birbaşa yarışını təşkil etdiyi elita təmsilçiləri ilə bu şəkildə davranmağı istəməzdi. Neçə illərdi eyni problem var və hər dəfə də məsələ yoluna qoyulur, şişirdilmir, bağlı qapılar arxasında həll edilirdi. Yoxsa neft böhranının gətirdiyi çətinlik belə durumu ortaya qoydu?
Deyəsən, hə!
Hər il belə problemlər olurdu və futbola axan böyük pulların içərisində bu kimi amillər diqqət çəkmirdi. Xırdaçılığa da gərək qalmırdı, bəzən AFFA-nın öz imkanları hesabına borclar bağlanırdı. İndi isə SOCAR büdcəni azaldıb, assosiasiyaya gələn pullar isə birbaşa baş katib Elxan Məmmədovun nəzarətinə keçir. Bildiyimizə görə, PFL cərimələrin və rüsumların hesabına yaşamağa məcbur edilib. Çempionatın sponsoru “Topaz” da özü yaşamaq uğrunda mübarizə apardığından Musayevin rəhbərlik etdiyi qurum faktiki ortada qalıb.
Nəticədə pulsuz qalmağa məhkum edilmiş PFL vəziyyətdən çıxmaq üçün bu yola əl atmağa məcburdu. Klubların reaksiyası da maraqlıdı və onların açıqlamalarından sonra Elxan Məmmədovun atdığı daş bumeranq effekti ilə onun özünə dəyir. İndi məlum olur ki, AFFA-nın da klublara borcu var. Bu, ya yayıma, UEFA tərəfindən avrokuboklardakı çıxışa görə baş katibin klublara etmədiyi ödənişlərdi, ya da elə Məmmədovun himayəsində olan “Kəpəz”, “Sumqayıt” kimi klubların borclarıdı. İndi Musayev baş katibin ona qıymadığı pulları hüquqi müstəvidə əldə etməyə çalışır. Həm də Elxan bəyin nəzarətində olan qurmların əli ilə.
Ramin Musayev bir neçə gün ərzində saytlarda, qəzetlərdə, telekanallarda eyni açıqlamanı verməsinin də kökündə bu durur. “Mus-mus”un Mustafası odur ki, AFFA-dan PFL-ə heç bir məbləğ ödənilmirsə, o zaman biz qanunların verdiyi imtiyazlardan yararlanaraq ayaq üstə qalacağıq. O da maraqlıdı ki, borcu olmayan “Qarabağ”la yanaşı, “Qəbələ” də sudan quru çıxır. Klubun vitse-prezidenti Fariz Nəcəfova inansaq, hətta PFL-ə olan borcların “barter yolu ilə” silinməsindən sonra AFFA-nın onlara borcu qalır. Deməli, Musayevə problem yaradan məhz baş katibin nəzarətində olan klublardı, əli çatmayan elita təmsilçilərində vəziyyət normaldı.
Təbii ki, bu əzələ nümayişi Musayevə də başağrısı gətirəcək. Klublar indiyədək cərimələrə, vərəqə sayına bir o qədər önəm vermirdisə, bundan sonra daha diqqətli olacaqlar. Hətta vərəqə sayan klublar da olacaq. Necə ki, “Kəpəz” ötən həftə onlara kəsilən cəriməni ədalətsiz olduğunu iddia edib 5 min manatlıq cəriməni ləğv etdirməyə nail oldu.
FƏRİD
Reklam

Reklam


blank
I Liqa2024-05-16 19:39

Çempionun adına son turda aydınlıq gələcək

blank
Premyer-liqa2024-05-16 19:18

“Turan Tovuz”un şikayəti təmin edilmədi

blank
Digər idman növləri2024-05-16 19:00

Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurdu

blank
Ölkə futbolu2024-05-16 18:46

“Turan Tovuz”un məşqçi və rəsmilərinin Niderland səfəri başa çatıb

blank
AÇ-20242024-05-16 18:30

Almaniya millisinin AÇ-2024 üçün heyəti açıqlandı

blank
Dünya futbolu2024-05-16 18:11

“Sevilya” rekordçusu ilə yolları ayıracaq

blank
Digər idman növləri2024-05-16 17:54

Süni intellekt mərc operatorlarının qazancını xeyli artırıb

blank
Digər idman növləri2024-05-16 17:37

Azərbaycan millisi dünya çempionatında iştirak edəcək

blank
Digər idman növləri2024-05-16 17:20

Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

blank
Digər2024-05-16 17:02

“Netflix” Olimpiada haqqında 3 serial çəkəcək

blank
Müsahibə2024-05-16 16:45

Dabo “Qəbələ”yə görə məyusdur: “Onların getməsi yaxşı olmadı”

blank
Dünya futbolu2024-05-16 16:27

İstanbul derbisinin baş hakimi açıqlandı

blank
Dünya futbolu2024-05-16 16:10

Navas “Sevilya”dan ayrılır

blank
Dünya futbolu2024-05-16 15:55

Alleqri jurnalisti hədələyib: “Gəlib hər iki qulağını qoparacağam!”

blank
Digər idman növləri2024-05-16 15:40

AÇ-də iştirak edəcək Azərbaycan gimnastları açıqlandı

blank
Digər idman növləri2024-05-16 15:23

Olimpiada Parisə 10 milyarddan çox mənfəət gətirəcək

blank
Ölkə futbolu2024-05-16 15:15

“Klubda çalışan hər bir kəsin nəticələrdə əməyi var” – “Kəpəz”in kapitanı

blank
Ölkə futbolu2024-05-16 15:01

“Sabah”ın məşqçisinə 5 oyunluq cəza

blank
Digər idman növləri2024-05-16 14:44

Millimizdən ilk oyunda qələbə

blank
Digər idman növləri2024-05-16 14:29

Ağdaşda xatirə turniri

blank
Premyer-liqa2024-05-16 14:14

AFFA Premyer Liqada əcnəbi VAR hakimləri olacağını təsdiqlədi

blank
Müsahibə2024-05-16 14:00

“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”

blank
Əvəzedicilər2024-05-16 13:43

Hakimi təhqir edən futbolçu 4 oyunluq cəzalandı

blank
Ölkə futbolu2024-05-16 13:29

“Turan Tovuz” hər mövqeyə futbolçu axtarır

blank
I Liqa2024-05-16 13:18

II Liqa klubları matç gec başladığına görə cərimələndilər

blank
Premyer-liqa2024-05-16 13:04

“Kəpəz”lə “Sabah”ın futbolçusuna sərt cəza

blank
I Liqa2024-05-16 12:49

Əliyar Ağayev I Liqada

blank
I Liqa2024-05-16 12:35

Azərbaycanlı futbolçuların oynadığı klublar üçün pley-off sınağı

blank
I Liqa2024-05-16 12:18

I Liqada çempion bu gün müəyyənləşə bilər

blank
Digər idman növləri2024-05-16 12:00

Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin yarımfinalında

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm