Premyer-liqa
Topaz Premyer Liqasından rekord
Topaz Premyer Liqası Beynəlxalq Futbol Tarixi və Statistikaları Fe…
Topaz Premyer Liqası Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının bu gün açıqladığı reytinq siyahısında 38-ci pillədə qərarlaşıb. Futbolinfo.az xəbər verir ki, ötən illə müqayisədə 1 pillə geriləməsinə baxmayaraq, çempionatımız ardıcıl 3-cü dəfədi ilk “əllilik”də yer alır.
“Yüzlüy”ə 2009-cu ilin yekunlarına əsasən daxil olan Premyer Liqa 2007-ci illə müqayisədə 62 pillə inkişaf edib. 2008-ci ilə nəzər salsaq, bu irəliləyiş 68-ə bərabər olar.
445 xala malik çempionatımızın hesabı 5 ən yaxşı klubumuzun əmsalı ilə müəyyənləşib. Ən yaxşı 203 klub sırasına düşənlərdən “Qarabağ” 142, “Qəbələ” 116, “İnter” 92 xal qazanaraq, çempionatımızı zənginləşdirib. İki digər ən yaxşı komandamız üst-üstə 95 xal əldə edib. Onlar 203 klub arasına daxil olmadığından adları bəlli deyil.
Bu 5 klubumuzun ümumilikdə topladığı 445 xal tariximizin rekordudu.
Belə ki, indiyədək çempionatımız belə yüksək əmsala malik olmayıb. Bir pillə geriləmək isə digər liqalarda inkişafın daha çox olmasındadı.
Cəmi 0,5 xal geri qaldığınız Sloveniya 11 pillə irəliləyərək, 37-ci olub. Bundan başqa, Serbiya, Misir, Danimarka, Polşa və Tunis də Azərbaycanı keçib. Premyer Liqamız isə Qazaxıstan və ilk “40-lıq”dan kənar düşən 4 ölkənin çempionatını arxada qoyub.
Siyahının liderləri arasında da yerdəyişmələr diqqət çəkir. İngiltərə 3-cü pillədən 7-ciyə yuvarlanıbsa, Almaniya 2 addım irəliləyərək, britaniyalıların mövqeyini ələ keçirib.
Klub reytinqində ən yaxşı təmsilçimiz olan “Qarabağ” da böyük sıçrayışa nail olub. Sonuncu dəfə 2015-ci ilin mayında açıqlanan siyahıda 122 xalla 111-ci olan Ağdam klubu 34 addım irəliləyib və hesabını 20 xal artırıb.
(apasport.az)