Milli komanda
Təbriz Həsənov böyük hesablı məğlubiyyətə şərh verdi
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr …
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirin qrup mərhələsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ötən gün son oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Sloveniyanın U-19 komandası ilə qarşılaşan seçməmiz 0:4 hesabı ilə məğlub olub.
Peterburqski İdman-Konsert Kompleksindəki matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən millimizin baş məşqçisi Təbriz Həsənov məğlubiyyəti belə şərh edib:
“Rəqibi təbrik edirəm. Sloveniya yığması bu gün qələbəyə layiq idi. Bütün komponentlərdə bizdən üstün oynadılar. Səhvlərimizi gördük. Bu məqam gələcəkdə daha yaxşı çıxış etməyimizə yardımçı olacaq. Yaş fərqini bəhanə etmək istəməzdim. Çünki buraya gələndə hansı komandalara qarşı oynayacağımızı bilirdik. Dəvət alsaq, gələn il də bu heyətlə çıxış edəcəyik. Lakin hazırda builki turnir davam edir. Növbəti oyunda daha yaxşı çıxış edəcəyimizi düşünürəm”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza