Ölkə futbolu
"Rəvan" siftə etdi
Topaz Premyer Liqasının 2-ci yarısına hazırlaşan “Rəvan&r…
Topaz Premyer Liqasının 2-ci yarısına hazırlaşan “Rəvan” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, bakılılar 1-ci divizon təmsilçisi “Qaradağ-Lökbatan”la qarşılaşıb.
Görüş Bəhmən Həsənovun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sarı-qırmızılılar”ın hər iki qoluna müdafiəçi Saşa Yunisoğlu imza atıb. Lökbatanlılar yeganə qolunun müəllifi isə Samir Allahquliyev olub.
Qeyd edək ki, bu, “Rəvan”ın qış fasiləsi müddətində ilk yoxlama oyunu idi. Paytaxt təmsilçisi yanvarın 31-də isə fasilədən sonra ilk rəsmi oyununa çıxacaq.