Ölkə futbolu
Elvin Məmmədovun yeni klubu məlumdu
“Qarabağ”la yolları ayrılan Elvin Məmmədovun yeni klu…
“Qarabağ”la yolları ayrılan Elvin Məmmədovun yeni klubu məlum olub. Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, təcrübəli yarımmüdafiəçi “Zirə”nin şərəfini qoruyacaq.
28 yaşlı futbolçu mövsümün sonunadək qəsəbə təmsilçisinin uğurları üçün tər tökəcək.
Qeyd edək ki, millinin formasında 29 oyuna 6 qola imza atmış Məmmədov, “Qarabağ”dan savayı, “Turan”, “İnter” və “Bakı”nın formasını geyinib.