Premyer-liqa
Ağayevin yüzü
Azərbaycan milli komandasının futbolçusu Səlahət Ağayev T…
Azərbaycan milli komandasının futbolçusu Səlahət Ağayev Topaz Premyer Liqasında 100-cü oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, 3 ildən sonra yenidən “Sumqayıt”da forma geyinən qapıçının yubiley matçı XIX turun “Neftçi” ilə qarşılaşmasına təsadüf edib.
Komandasının 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmada buraxılan top qolkiper üçün 90-cı belə qol olub. Premyer Liqada 2010/11 mövsümündən çıxış edən Ağayev “100”ə 3 komandanın heyətində çatıb. Debüt etdiyi MOİK-də 8 matçda 8 top buraxan əlcək sahibi “Sumqayıt”dakı 24-cü görüşdə 24-cü dəfə qapısında qol görüb. Daha çox “İnter”də çıxış edən Səlahət bu klubda 68 matçda 49 qola üzülüb.
(PFL)
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq