Ölkə futbolu
"Xəzər Lənkəran"a ziyalı təzyiqi
Son vaxtlar “Xəzər Lənkəran”da baş verənlər yerli z…
Son vaxtlar “Xəzər Lənkəran”da baş verənlər yerli ziyalıları hərəkətə keçirib. Futbolinfo.az xəbər verir ki, bu addım “ağ-yaşıllar”ın transfer siyasəti ilə bağlıdı.
Belə ki, onlar bir neçə aylıq məvacibini ala bilməyib, üsyan etdiyinə görə transferə çıxarılan futbolçuları qaytarmaq istəyir. Yerli ziyalılar və azarkeşlər bu səbəbdən transferə çıxarılan Kamran Abdullazadə və Elnur Cəfərovun bağışlanılması və yenidən komandaya cəlb olunması ilə bağlı kluba müraciət ediblər. Hələ ki, adıçəkilən oyunçularla bağlı rəhbərlik heç bir qərar verməyib. Bu haqda saytımıza məlumatı klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu verib.
Qeyd edək ki, bu iki futbolçudan başqa transferə çıxarılan Elşən Rzazadə isə bir neçə gün öncə “Neftçi”yə keçib.