Bizi izləyin

Müsahibə

"Qəbələ"nin çöküş səbəbi: Qriqorçuk və gətirdikləri

Son 105 gündə ölkə çempionatında cəmi 1 qələbə…

blank
Son 105 gündə ölkə çempionatında cəmi 1 qələbə qazanan (onu da sınıq-sallaq “Xəzər Lənkəran” üzərində) “Qəbələ” qış fasiləsindən sonra ilk oyununda da fanatlarını məyus etdi. Roman Qriqorçukun yetirmələrinin məğlubiyyəti bir yana, oyun dəst-xəttində də ciddi axsamalar aşkar sezilir. Özü də söhbət tək nəticədən getmir. Sərgilənən futbol da cansıxıcıdı. Avropa Liqasının təsnifat mərhələlərində parlaq futbolla tamaşaçıların rəğbətini qazanan komanda son aylarda əlahiddə heç nə ilə yadda qalmır. 
Xüsusilə, Roman Qriqorçukun dönəmində transfer edilən oyunçular günü-gündən geriləyir. Yalnız Dmitri Bezotosnı barədə xoş sözlər demək olardı. Amma bu əlcək sahibi də ötən turu kənardan izləməli oldu. Mövsümün əvvəlində ünvanlarına xoş sözlər deyilən Aleksey Qayla Sergey Zenyov da sanki tükəniblər. Artıq onlar da istəniləni vermirlər. Vitali Vernidub, Aleksey Antonov, Ermin Zetsdən isə ümumiyyətlə, danışmağa dəyməz. Azərbaycan pasportuna sahib Andrey Popoviçin “ənənəsi”nə sadiq qalaraq, yenidən “Qəbələ”nin məğlubiyyətində “müstəsna pay sahibi” olduğu “Kəpəz” matçından sonra klubun transfer siyasətinə dair xeyli suallar yaranıb. “Qəbələ”nin baş meneceri Zaur Əzizovla bu məsələlərə aydınlıq gətirməyə cəhd göstərdik.
– Andrey Popoviçi transfer etməzdən öncə “əmək kitabçası”na baxmışdınız?
– Onun əvvəllər intizamsızlıqlara yol verməsindən xəbərdar idik. “Qəbələ”də də bir dəfə analoji hala yol verdi və dərhal cəzalandırıldı. Bundan sonra Popoviçlə bağlı oxşar hal yaşanmayıb.
– Ancaq sərgilədiyi futbol iddialı “Qəbələ” adına yaraşmır. Heyətdə Bezotosnı və Pietrzkeviç kimi “əjdaha” qapıçıları olan klubun "çərçivə"ni daim biabırçı qollar buraxan əlcək sahibinə həvalə etməsi birmənalı qarşılanmır…
– Bunun başlıca səbəbi Popoviçin Azərbaycan pasportuna sahib olmasıdı. Legioner limiti baş məşqçimizin seçiminə təsirini göstərir.
– Amma məhz ukraynalı “azərbaycanlı” növbəti dəfə “Qəbələ”nin məğlubiyyətini şərtləndirən səhvləri ilə “ön plan”a çıxdı. 
– Andreyin start heyətində meydana çıxmasını bəzi mətbu orqanları Qriqorçukun həmyerlisi olması ilə əlaqələndirir. Bu fikirlə razılaşmıram. Çünki ehtiyatda qalan Ukrayna millisinə namizəd Dmitri Bezotosnı da Roman İosifoviç kimi ukraynalıdı. Sadəcə, yuxarıda qeyd etdiyim kimi, vətəndaşlıq məsələsi seçimdə əsas rol oynayıb.
– Elədirsə, nəyə görə komandanıza keçməyə hazır olan azərbaycanlı Səlahət Ağayev transfer olunmadı? Səviyyəsinə görə neçə-neçə popoviçlərə dəyər…
– Etiraf edim ki, qış fasiləsində Səlahətlə danışıqlar aparmışdıq. Ancaq maddi məsələlərdə ortaq məxrəcə gələ bilmədiyimiz üçün bu transfer reallaşmadı. O ki qaldı Popoviçi transfer etdiyimiz dövrə, həmin vaxt o, milli komandamıza cəlb olunurdu. Elə gənclər yığmamızda da çıxış edirdi.
– Belə çıxır ki, Andrey “Qəbələ”yə keçdikdən sonra geriləyib? Axı, artıq milliyə cəlb olunmur…
– Yox, sadəcə, əvvəlki klublarında daim əsas heyətdə çıxış edirdi. Bizdə isə cəmi 8 oyunda meydana çıxıb.
– Qriqorçukun dönəmində transfer edilən digər futbolçular da əlahiddə heç nəylə yadda qalmırlar. Ukraynalı mütəxəssislə müqavilə müddəti uzadıldıqdan sonra isə ümumiyyətlə, sanki arxayınlaşıb. 
– Bu fikir kökündən yanlışdı. Siz komandanın daxilində olmursunuz. Qriqorçuk sutkanın yarısından çoxunu komanda daxilində keçirir. Əlbəttə ki, nəticələr onu da qayğılandırır və vəziyyətdən çıxmaq üçün bütün əməli tədbirlər görülür.
Redaksiyadan. Baş menecer hər nə qədər çalışsa da, faktları danmaq mümkün deyil. Qriqorçukun transferləri olduqca uğursuz alınıb. Komandanın hazırda sərgilədiyi futbol da daha çox bəxtə hesablanıb: cərimə meydançasına hava ötürmələri və “2-ci mərtəbə”də mübarizə. Popoviç barədə isə ümumiyyətlə, danışmağa dəyməz. Bu yoldaş nəinki “Qəbələ”yə, hətta Topaz Premyer Liqasının ən geridəqalmışları – “Xəzər Lənkəran”la “Rəvan”a da yaraşmır. Problemlər mütləq klub rəhbərliyi səviyyəsində müzakirəyə çıxarılmalı, növbəti transferlər ciddi nəzarətə götürülməlidi. Hadisələrin gedişatı bu mövsüm “Qəbələ”nin nəinki çempionluq, ümumiyyətlə, medalçılar sırasına düşməsini də şübhə altına qoyur.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2024-04-20 21:00

“Qarabağ”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2024-04-20 20:55

“Zirə” “Neftçi”yə qalib gəldi

blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2024-04-20 19:35

“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-20 19:00

“Bizi “Kəpəz”lə ilin oyunu gözləyir” – Sxadadze

blank
Digər idman növləri2024-04-20 18:43

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

blank
Premyer-liqa2024-04-20 18:28

“Qarabağ”la “Qəbələ”dən məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-20 18:00

“Neftçi” bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-20 17:31

“Beşiktaş” millimizdə oynamış futbolçu ilə yollarını ayırdı

blank
Dünya futbolu2024-04-20 17:00

Niderland klubunun 18 xalı silindi

blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Dünya futbolu2024-04-20 15:19

“Mançester Yunayted”də yeni təyinat

blank
Digər idman növləri2024-04-20 15:00

Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 14:39

MBA-da mükafat fondu artırıldı

blank
Ölkə futbolu2024-04-20 14:22

“Neftçi”nin iki futbolçusu “Zirə”yə qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 14:07

Avroliqada yeni rekord

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm