Premyer-liqa
"Kəpəz"lə oyunu da buraxacaq
Topaz Premyer Liqasının növbəti, yəni 20-ci turu çər&…
Topaz Premyer Liqasının növbəti, yəni 20-ci turu çərçivəsində “Kəpəz”in qonağı olacaq AZAL hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, şüvəlanlılar bu oyuna gündə 1 dəfə olmaqla “AZAL Arena”da hazırlaşır.
Paytaxt təmsilçisi bu oyun üçün matçdan bir gün öncə – fevralın 6-da yola düşəcək. Baş məşqçi Tərlan Əhmədov qərblilərlə görüşdə 2 futbolçunun xidmətindən yararlana bilməyəcək. Belə ki, bir neçə ay əvvəl zədələnərək, mövsümü bağlayan Seymur Əsədov və bakılıların qışda heyətinə cəlb edilən Adan Koronado zədə səbəbindən bu matçı buraxacaq. Meksikalı futbolçu fərdi şəkildə məşqlərini davam etdirsə də, tam sağalmadığı üçün Əhmədovun ona şans verəcəyi gözlənilmir.
Qeyd edək ki, sözügedən matç ayın 7-də, saat 13:30-da Gəncə şəhər stadionunda start götürəcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?