Milli komanda
Millimizin baş məşqçisi ilk oyundakı məğlubiyyəti şərh etdi
Futzal üzrə Avropa Çempionatının final mərhələsində…
Futzal üzrə Avropa Çempionatının final mərhələsində keçirilmiş İtaliya – Azərbaycan (3:0) oyunundan sonra millimizin baş məşqçisi Tino Perezin AFFA-nın saytına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis məğlubiyyəti belə şərh edib:
“Əlbəttə, məğlub olduğun zaman çox şey danışmaq çətindir. Nəticə özlüyündə hər şeyi deyir. Bununla belə, məğlubiyyətə baxmayaraq, çox da bədbin deyiləm. Müdafiədə pis oynamadıq. Kombinasiya qurmaqda çətinlik çəkmədik. Buraxdığımız birinci qoldan bir neçə dəqiqə əvvəl hesabı açmaq üçün əla imkanımız vardı. Amma rəqib qapıçı əla oynadı. Təbii ki, Amadeunun qırmızı vərəqə alması və azlıqda qalıb qol buraxmağımız yekun nəticəyə birbaşa təsir göstərdi. Beş nəfərlə hücum edərkən də qol imkanları yaratdıq. Amma İtaliya millisinin qapıçısı keçilməz oldu”.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Dünya futbolu2024-04-30 11:32
“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu