Dünya futbolu
Messidən daha bir uğur
“Barselona”nın ulduz futbolçusu Lionel Messi uğur…
“Barselona”nın ulduz futbolçusu Lionel Messi uğurlarını ard-arda sıralamaqda davam edir. Futbolinfo.az xəbər verir ki, Argentina yığmasının üzvü ötən gün daha bir naliyyəti ilə fərqlənib.
Belə ki, 28 yaşlı hücumçu 500 qol səddini aşıb. Bu, İspaniya Kubokunun yarımfinal mərhələsinin “Valensiya” ilə keçirilən ilk oyununda baş verib. Katalonların 7:0 hesablı qələbə qazandığı matçda Messi het-trik edib. Nəticədə təcrübəli forvard karyerası ərzində vurduğu qolların sayını 501-ə çatdırıb.
Qeyd edək ki, Messi bu qolların 436-nı “Barselona”nın, 65-ni isə Argentina yığmasının heyətində vurub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”