Milli komanda
Onlar da olimpiya stadionundadı – FOTO
Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yı…
Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirir. Futbolinfo.az xəbər verir ki, Təbriz Həsənovun yetirmələri rusiyalı həmyaşıdları ilə üz-üzə gəlir.
Hazırda Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanı izləyənlər arasında AFFA-nın texniki direktoru Bernhard Lippert, Məşqçilər Komitəsinin bütün üzvləri, müvafiq olaraq 19 və 21 yaşlılardan ibarət milli komandamızın baş məşqçiləri Nazim Süleymanovla Yaşar Vahabzadə də var. Həmçinin əsa millimizin baş məşqçi köməkçiləri Qordan Tsipriç və Elxan Abdullayev sözügedən arenadadı.
Bundan əlavə, qaarşılaşmaya azarkeş marağı yox səviyyəsindədi. Belə ki, matçı tribunada təxminən 15-20 nəfər izləyir. Bu şəxslər isə futbolçuların valideynləri və ya qohunlarıdı.