Ölkə futbolu
Qurbanov: "Bu bizi qorxutmur" – VİDEO
“Neftçi” Topaz Premyer Liqasının XXIII turu &cced…
“Neftçi” Topaz Premyer Liqasının XXIII turu çərçivəsində qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını başa vurub. Futbolinfo.az xəbər verir ki, klubun təlim-məşq bazasındakı meydançada baş tutmuş məşqdən sonra "ağ-qaralar"ım futbolçuları – Ruslan Qurbanov və Anyete "Neftçi TV"yə açıqlama veriblər.
Ruslan Qurbanov: “Hesab edirəm ki, sabah maraqlı oyun olacaq. Hazırlığımız uğurlu keçib, oyuna hazırıq. “Zirə” yaxşı rəqibdir, onların turnir cədvəlindəki tutduğu mövqe də bunu sübut edir. Lakin bu bizi qorxutmur, çünki meydana yalnız 3 xal üçün çıxacağıq. İnşallah, sabahkı oyunda bu rəqiblə qələbəsizlik seriyasına son qoymaq niyyətindəyik”.
Anyete: “Hər kəsə məlumdur ki, oyun ağır olacaq. “Zirə” artıq güclü komanda olduğunu sübut edib. Bu rəqib üzərinə düşən vəzifəni yaxşı yerinə yetirir. Bu isə o deməkdir ki, “Zirə” ilə bu oyunumuz da çətin keçəcək. Biz də artıq sübut etmişik ki, hər bir rəqibə qalib gələ bilərik. Komandada motivasiya yaxşıdır. Oyunumuzu yaxşılaşdırmaqda davam etməliyik və son məğlubiyyətdən sonra yaxşı nəticə qazanmalıyıq”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib