Premyer-liqa
Diniyev: "Bizi asan oyun gözləmir"
Bu gün Gəncə şəhər stadionunda keçirilən son məşql…
Bu gün Gəncə şəhər stadionunda keçirilən son məşqlə “Kəpəz” Topaz Premyer Liqasının XXIII turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını yekunlaşdırıb. Futbolinfo.az xəbər verir ki, sonuncu məşqdən sonra komandanın baş məşqçisi Şahin Diniyev qarşıdakı matçla bağlı mediaya fikirlərini bölüşüb:
“Maraqlı və gərgin mübarizə şəraitində keçəcək oyun olacaq. Biz bu görüşə həftə ərzində itkilərlə hazırlaşmışıq. Futbolçular zədə və ya xəstəlik səbəbindən bəzi məşqləri buraxıb. Tərlan Quliyev hazırda özünü yaxşı hiss edir, sonuncu məşqdə də istəklə çalışdı. Budaq Nəsirovla Junior Osvaldonun zədəsi tam aradan qalxmayıb. Namiq Ələsgərovun da müəyyən zədəsi var”.
“Sarı-göylər”in çalışdırıcısı rəqib haqda da danışıb: “Bizi asan oyun gözləmir. “Sumqayıt” gənc, ambisiyalı, mübarizə keyfiyyətlərini ortaya qoymağı bacaran komandadır. Komandanın heyətində milliyə dəvət alan oyunçular da var. Hücuma sürətlə atılmağı sevirlər. Deyərdim ki, həm onlar, həm də biz hücum etməyi sevən komandalarıq. Müdafiədə istənilən kimi oynaya bilsək, istədiyimiz nəticəni qazana bilərik”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza