Premyer-liqa
"Neftçi"nin məşqçisi cəzalandırıldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 23-cü turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.
“Kəpəz” – “Sumqayıt” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
AZAL – “Rəvan” matçının 51-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Qvanzav Maqomedov ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
“Zirə” – “Neftçi” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat cərimə kəsilib. Həmin oyunun 43-cü dəqiqəsində qonaq komandanın futbolçusu Cavid İmamverdiyev ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Matçın 1-ci hissəsi başa çatdıqdan sonra “Neftçi”nin məşqçisi Dimitri Kramarenko qaydaları pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 1 oyunluq cəzalanıb, klub 1000 manat məbləğində cərimələnib.