Dünya futbolu
Mərc oyunlarında iştirak edən baş məşqçiyə ağır cəza
Rumıniya futbolunda daha bir qalmaqal yaşanıb. Futbolinfo.az xəbə…
Rumıniya futbolunda daha bir qalmaqal yaşanıb. Futbolinfo.az xəbər verir ki, “Astra”nın baş məşqiçisi Marius Sumudiça sərt cəzaya məruz qalıb. Buna səbəb onun mərc oyunlarında iştirak etməsi olub.
Yerli mətbuatının yazdığına görə, təcrübəli mütəxəssisin ölkə çempionatında, Çempionlar Liqası və Avropa Liqası matçlarında 500-900 avro pul qoyduğu ortaya çıxıb. Məsələni araşdırıb Ortaya çıxaran Rumıniya Futbol Federasiyası 44 yaşlı məşqiçini futboldan 6 aylıq uzaqlaşdırılıb və onu 22 min 375 avro məbləğində cərimələyib.
Qeyd edək ki, Sumudiçin çalışdırdığı “qara şeytanlar” 51 xalla sözügedən ölkənin Liqa 1-nin nin lideridir.