Ölkə futbolu
Samir Abasov: “Qış transferlərindən sonra komanda zəiflədi”
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çər&…
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ" – "Sumqayıt" görüşündən sonra qonaqların baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatan matçdan sonra mütəxəssis təkrar oyun öncəsi şanslarının qaldığını bildirib.
– "Qarabağ" istənilən komanda üçün çətin rəqibdi. Əfsuslar olsun ki, 2 top buraxdıq. Azından heç-heçəylə qayıtmaq istəyirdik. 0:2 məğlub olsaq da, yarımfinala çıxmaq şanslarımız qalır.
– Baş məşqçi postuna təyinatınızdan sonra komanda baxımlı futbol sərgiləməyə başlamışdı. Ancaq qış fasiləsindən sonra məğlubiyyətlər bir yana, həmin qığılcımı görmürük…
– Razılaşıram. Səbəbini bilmirəm. Qışda bir neçə transfer etdik. Ümid edirdik ki, komandanı gücləndirəcəklər. Təəssüf ki, komanda güclənmək əvəzinə, zəiflədi.
– Oyundan sonra hakimlərə etiraz edirdiniz…
– Qapımıza təyin etdiyi penaltiylə işim yox. Amma analoji epizod rəqibin qapısı ağzında da yaşandı, buna reaksiya vermədilər.
CEYHUN ƏLİYEV
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq