Ölkə kuboku
Svanadze: “Bu məğlubiyyət onları yerə endirdi”
Bu gün Azərbaycan Kubokunda ¼ final mərhələsinə start…
Bu gün Azərbaycan Kubokunda ¼ final mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyunlar çərçivəsində “İnter” səfərdə “Rəvan”a 1:2 hesabı ilə uduzub.
“Bayıl Arena”dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Zaur Svanadze məğlubiyyəti belə şərh edib:
– Pis oynadıq. Bu oyunda məğlub olmağımız yaxşı haldı. Bəzi futbolçularımız “Qarabağ”la oyundan sonra göylərdə uçurdu. Bu məğlubiyyət onları yerə endirdi. Bu, bizim üçün dərs oldu.
– Qoldan sonra arxayınlıq vardımı?
– Ola bilər. Amma oyuna çıxanda “Qarabağ”la oyundan sonra boşalmışdı. Növbəti matçda vəziyyəti düzəltməyə çalışacağıq.
– Ola bilər. Amma oyuna çıxanda “Qarabağ”la oyundan sonra boşalmışdı. Növbəti matçda vəziyyəti düzəltməyə çalışacağıq.
– Kamran Ağayevin vurulan qolalrda reaksiyasını gördük. Qapıçı özünə arxayındı ki, toxunulmazdı?
– Bizdə heç kimə əsas heyətdə daimi oynamaq zəmanəti verilməyib. Kamranın belə düşünəcəyini zənn etmirəm. İkinci qolda onun edə biləcəyi bir şey yox idi.
– Bizdə heç kimə əsas heyətdə daimi oynamaq zəmanəti verilməyib. Kamranın belə düşünəcəyini zənn etmirəm. İkinci qolda onun edə biləcəyi bir şey yox idi.
– “Qarabağ”la oyunda pis çıxış etməyən Ruslan Əmircanov bu gün ehtiyatda qaldı…
– Bu, limitlə bağlıdı. Fuad Bayramov “Qarabağ”la oyunda zədə almışdı. Biz məcburiyyətdən Abbas Hüseynovu sağda oynatmalı olduq.
– Bu, limitlə bağlıdı. Fuad Bayramov “Qarabağ”la oyunda zədə almışdı. Biz məcburiyyətdən Abbas Hüseynovu sağda oynatmalı olduq.
ELMAR ABDULLA-ZADƏ
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar