Dünya futbolu
Superliqada daha bir baş məşqçi istefası
Türkiyə Superliqasında daha bir baş məşqçi istefası …
Türkiyə Superliqasında daha bir baş məşqçi istefası yaşanıb. Futbolinfo.az xəbər verir ki, hazırda çətin günlər yaşayan “Kayserispor” çalışdırıcısı Tolunay Kafkasla yolları ayırıb.
Yerli mətbuatın yazdığına görə, 47 yaşlı mütəxəssis “sarı-qırmızılar”ın rəhbərliyi ilə qarşılıqlı razılıq əsasında bu qərara gəlib.
Qeyd edək ki, “Anadolu Ulduzu”nu 2015-ci ildən çalışdıran Kafkas 23 turdan sonra 23 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.