Premyer-liqa
"Neftçi" "Qəbələ" ilə oyuna onlarsız çıxacaq
Topaz Premyer Liqasının 24-cü turunda "Qəbələ" il?…
Topaz Premyer Liqasının 24-cü turunda "Qəbələ" ilə qarşılaşacaq "Neftçi" çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar”ın heyətində zədəli və cəzalı futbolçular var.
Baş məşqiçi Əsgər Abdullayev bu matçda 4 oyunçunun xidmətindən yararlana bilməyəcək. Beləki, Məqsəd İsayev, Kamran Nəcəfzadə, Məhəmməd Qurbanov zədə səbəbindən matçda iştirak edə bilməyəcəklər. Cavid İmamverdiyev isə cəzalı olduğundan bu matçı buraxacaq.
Qeyd edək ki, "Neftçi" – "Qəbələ" oyunu martın 5-də “Bakcel Arena”da keçiriləcək. Görüş saat 15:00-da start götürəcək.