Ölkə futbolu
"Sumqayıt" Sadıqovdan nə xahiş etdi? – FOTO
Bu gün AFFA-nın Məşqçilər Komitəsinin üzvləri -…
Bu gün AFFA-nın Məşqçilər Komitəsinin üzvləri – Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Şakir Qəribov “Sumqayıt” klubunun qonağı olub. Futbolinfo.az xəbər verir ki, görüşdə klubun vitse-prezidenti Vaqif Ömərov, baş menecer Ceyhun Sultanov, əsas komandanın baş məşqçisi Samir Abasov və texniki direktor Aqil Məmmədov iştirak edib.
Ümumi görüşdən öncə, komitə üzvləri "Kapital Bank Arena" ilə tanış olub, onlara infrastruktur, uşaq futbolu və gələcək planlan haqqında məlumat verilib. Ardınca çay süfrəsi ətrafında müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd ki, "Sumqayıt" martın 11-də keçiriləcək seçkidə AFFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə Vaqif Sadıqovun namizədliyini irəli sürdüyü üçün ondan həmin iclasda bəzi vacib məsələlərin qaldırılmasını da xahiş edib.
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-01 10:02
Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”