Ölkə futbolu
Əmirquliyev martda oynamayacaq
Martın 2-də Azərbaycan Kubokunda ¼ final mərhələsi &ccedi…
Martın 2-də Azərbaycan Kubokunda ¼ final mərhələsi çərçivəsində evdə “Sumqayıt”ı (2:0) məğlub edən “Qarabağ” çalışmalarını fasiləsiz davam etdirir. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının növbəti turunda “Zirə” ilə qarşılaşacaq Ağdam təmsilçisinin heyətində ciddi itki var.
Klubun mətbuat katibi Nurlan İbrahimovdan aldığımız məlumata görə, “kimyaçılar”la oyunda zədələnən Rahid Əmirquliyev isə artıq müayinədən keçib. Tibbi yoxlanışın nəticəsinə görə, o, 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Onun əzələsində yırtıq var.
Qeyd edək ki, “Zirə” ilə oyun martın 5-i, saat 18:00-da “Azərsun Arena”da baş tutacaq.