Premyer-liqa
Səlahət Ağayev müayinədən keçdi
Topaz Premyer Liqasının 24-ci turunda "İnter"lə qarşıl…
Topaz Premyer Liqasının 24-ci turunda "İnter"lə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “kimyaçılar”ın heyətində zədəli futbolçu yer almır.
“Qarabağ”a qarşı keçirilən kubok matçında xəsarət alan qapıçı Səlahət Ağayev müayinədən keçib. Tibbi yoxlanış nəticəsində məlum olub ki, onun zədəsi elə də ciddi deyil. Ağayev növbəti tur komandasına kömək edəcək.
Qeyd edək ki, "Sumqayıt" – "İnter" görüşü martın 5-də "Kapital Bank Arena"da keçiriləcək. Görüş saat 17:00-da başlayacaq.