Ölkə futbolu
Lənkəranın iki komandasına texniki məğlubiyyət verildi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, toplantıda uşaq liqaları ilə bağlı cəzalar da açıqlanıb. Hər həftə olduğu kimi bu dəfə də sözügedən yarışlarla bağlı texniki məğlubiyyət qərarları verilib. Bu toplantıda 3 klub belə cəzaya məruz qalıb.
(6 mart 2016-cı il) U-14 Liqasında UGİM (Astara) – “Dalğa” (Lənkəran) matçında qonaq komandanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
(6 mart 2016-cı il) U-12 Liqasında “Qarabağ” (Ağdam) – RİOEUGİM (Bakı) matçında qonaq komandanın heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
(5 mart 2016-cı il) U-10 Liqasında “Dalğa” (Lənkəran) – “Zirvə” (Lənkəran) matçında meydan sahiblərinin heyətində yetərsayın olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.