Premyer-liqa
Samir Abasov: "Ehtiyat edirim"
Bu gün Topaz Premyer Liqasınıda 26-cı tura start verilib. Futb…
Bu gün Topaz Premyer Liqasınıda 26-cı tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Rəvan" öz meydanında "Sumqayıt"a 1:2 hesabı ilə uduzub.
“Bayıl Arena”dakı matçdan sonra təçkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Samir Abasov qələbəni belə şərh edib:
– Hamınzı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Sumqayıtlı azarkeşlər qələbə üçün darımxışdı. Uğursuz oyunlardan sonra bu, lazım idi. Rəqib futbolçulara bu cür şəraitdə oynadıqlarına görə "sağol" deyirəm. Bu gün yaxşı mübarizə apardılar.
– Sanki, komandanız ikinci hissədə geriyə çəkildi.
– Bu tapşırığı mən vermişdim. “Rəvan”la Sumqayıtdakı oyundan sonra ehtiyat edirim. Qələbəni son anda əldən vermişdik.
– Bu tapşırığı mən vermişdim. “Rəvan”la Sumqayıtdakı oyundan sonra ehtiyat edirim. Qələbəni son anda əldən vermişdik.
ELMAR ABDULLA-ZADƏ