Premyer-liqa
Bəhmən Həsənov: "Sumqayıt" məğlub olunası komanda deyildi"
Bu gün Topaz Premyer Liqasınıda 26-cı tura start verilib. Futb…
Bu gün Topaz Premyer Liqasınıda 26-cı tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Rəvan" öz meydanında "Sumqayıt"a 1:2 hesabı ilə uduzub.
“Bayıl Arena”dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Bəhmən Həsənov məğlubiyyəti belə şərh edib:
– Çox üzüldüm. Məğlub olunası komanda deyildi. “Sumqayıt” güclü komandadı. Rəqibin sürətli hücum xəttinin qarşısını ala bilmədik. Qolları səhvlərimizdən buraxdıq. Fikrimcə, pis oyun alınmadı. Təəssüf ki, qol şanslarından istifadə edə bilmədik. Rəib adətən oyunun əvvəlində qol vuran komanda olduğunu bilirdik. Amma qarşısını ala bilmədik. Rəqib ikinci hissədə qapanmışdı. Hakim penaltimizi vermədi. Əgər oyunda 5 penalti varsa, hamısnı verməlisən. İlk 15 dəqiqəni nəzərə almasaq, üstünlük bizim tərəfimizdə idi.
– Elvin Əliyevin vəziyyəti necədi? Futbolçunu təcili tibbi yardım maşını ilə apardılar…
– Elvinin qolu çıxıb. Ağrıdan dayana bilmirdi.
– Elvinin qolu çıxıb. Ağrıdan dayana bilmirdi.
– Adətən kapitan oyunun yükünü üzərini götürür. Ama bu gün sanki Ramazan Abbasov meydanda yox idi. Maddi problelərin təsiri varmı?
– Bunu analiz edəcəyik. Ramazanın zəif oynaması ilə razıyam. Kapitan komandasını motivasiya etməlidi. İNSTAT-ın analizinə görə bizim ən effektli futbolçularımız Ruslan Tağızadə ilə Ramazan Abbasovdu. Ruslan təkbətək mübarizələrdə yaxşıdı.

ELMAR ABDULLA-ZADƏ