Ölkə futbolu
AFFA-da fövqəladə toplantı
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev divizion klublar…
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev divizion klublarını başına yığıb. Futbolinfo.az xəbər verir ki, hazırda AFFA-da təcili toplantı keçirilir.
Saat 12.00-da başlanan tədbirin təfərrüatları haqda az sonra məlumat verməyə çalışacağıq. Amma bildiyimizə görə, qurum bütün klubların rəhbərlərini və baş məşqçilərini bir yerə toplayıb. Onlarla I divizion klublarının hazırkı durumu, son vaxtlar baş verən olaylar, o cümlədən “Şahdağ” – “Ağsu” matçında başverənlər müzakirə olunur.
Eyni zamanda divizion yarşılarında oyunlarının qumara qoyulması, bəzi klubların bukmeker kontorları ilə əlbir olması haqda UEFA-dan gələn xəbərdarlıqların da müzakirəsi gözlənilir.