Layihə
"Azərbaycana qarşı güclü pressinq taktikası seçdik, uşaqlar da bunu uğurla yerinə yetirdi"
Futbol üzrə Qazaxıstan yığmasının məşqçisi Talqat …
Futbol üzrə Qazaxıstan yığmasının məşqçisi Talqat Baysufinov Antalyada (Türkiyə) Azərbaycan yığması üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
"Bir halda ki, nəticə var, deməli, biz uşaqlara lazım olan informasiyanı verə bilmişik. Uşaqlar göstərdilər ki, ölkənin ən yaxşı futbolçularıdırlar. Bunu həm oyun, həm də psixoloji planda demək olar. Bizə çox xoşdur. Azərbaycan yığmasının oyununu yaxşı analiz edə bilmişdik. Meydanda demək olar ki, gözlədiyimiz oyunçuları gördük. Matçdan öncə rəqibin bütün güclü və zəif cəhətlərini uşaqlara çatdırmışdıq. Rəqib futbolçular meydanda bir-birini yaxşı başa düşürdü, topa yaxşı nəzarət edirdilər. Amma bizim futbolçular hər şeyə hazır idilər. Çox güclü pressinq taktikası seçdik, uşaqlar da bütün tapşırıqları yerinə yetirdilər".
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”