Premyer-liqa
“Kəpəz” "Zirə" ilə matça ciddi itkilərlə çıxacaq
Sabah Topaz Premyer Liqasının 27-ci turunda doğma meydanda “Z…
Sabah Topaz Premyer Liqasının 27-ci turunda doğma meydanda “Zirə”ni qəbul edəcək “Kəpəz” bu gün Gəncəyə gəlib. Futbolinfo.az xəbər verir ki, komanda oyunun keçiriləcəyi şəhər stadionunda saat 16:00-da qarşıdakı görüş öncəsi son məşqinə çıxıb.
Mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyan hazırlıq prosesi təxminən 50 dəqiqə davam edib. Əsas milli komanda ilə Türkiyə toplanışında olmuş Namiq Ələsgərov ilə Tərlan Quliyev də komandanın məşqində iştirak edib.
“Zirə” ilə matçda uzun müddətə sıradan çıxan Dario Frederiko ilə yanaşı, Julien Ebah da “Kəpəz”ə kömək edə bilməyəcək. Kamerunlu hücumçu sarı vərəqə limitini doldurduğundan cəzalı vəziyyətə düşüb.
“Zirə” ilə matçda uzun müddətə sıradan çıxan Dario Frederiko ilə yanaşı, Julien Ebah da “Kəpəz”ə kömək edə bilməyəcək. Kamerunlu hücumçu sarı vərəqə limitini doldurduğundan cəzalı vəziyyətə düşüb.