Milli komanda
Millimizin qrupdan çıxmaq şansları heçə endi
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasınd…
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsinin 7-ci qrupunda daha iki oyun baş tutub. Futbolinfo.az xəbər verir ki, millimizin də yer aldığı bu qrupda Rusiya Almaniyanı, Avstriya isə Farer adalarını qəbul edib.
Bir neçə gün öncə doğma meydanda millimizlə 2:2 hesablı heç-heçəyə razılaşan ruslar almanlara 0:2 hesabıyla uduzublar. Avstriyalılar isə Farer adalarını 1:0 hesabıyla üstələyib.
Qeyd edək ki, Avstriya yığmasının bu qələbəsi Azərbaycan yığmasının qrupdan çıxmaq şanslarının üstündən xətt çəkib. Çünki Yaşar Vahabzadənin komandasını qarşıda cəmi iki oyun gözləyir. Amma avstriyalılarla xal fərqi səkkizə yüksəlib.
Komandalar |
O |
Q |
H |
M |
T-F |
X |
Almaniya |
7 |
7 |
0 |
0 |
26-4 |
21 |
Avstriya |
6 |
5 |
0 |
1 |
18-7 |
15 |
Finlandiya |
5 |
3 |
0 |
2 |
6-6 |
9 |
Azərbaycan |
8 |
2 |
1 |
5 |
7-18 |
7 |
Rusiya |
6 |
1 |
1 |
4 |
7-13 |
4 |
Farer adaları |
6 |
0 |
0 |
6 |
1-17 |
0 |