Milli komanda
"Azərbaycan və Gürcüstan ilə oyunlarda müsbət nəticələrə imza atmaqla, hədəfimizə çatdıq"
Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Ta…
Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Talqat Baysufinov Tiflisdə Gürcüstana qarşı keçirdikləri yoxlama matçını şərh edib. Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Hər şeydən öncə, komandama yaxşı oyuna görə təşəkkürümü bildirmək istəyirəm. Son sınaq matçlarında müsbət nəticələrə imza atmaqla hədəfimizə çatdıq. Uşaqlar sağ olsunlar ki, Azərbaycan və Gürcüstanla oyunlarda müsbət nəticələrə imza atdılar. Azərbaycanla oyundan sonra ikinci görüşdə də yaxşı çıxış etmək istəyirdik. Bu, bizim hədəfimiz idi".