Ölkə futbolu
UEFA-nın siqnalına AFFA-dan STOP
Topaz Premyer Liqasında danışılmış oyunla bağlı UEFA-dan AFFA-…
Topaz Premyer Liqasında danışılmış oyunla bağlı UEFA-dan AFFA-ya daxil olan məktub mənfi sonluğa yaxınlaşır. Bu barədə futbolinfo.az saytına xəbəri AFFA-nın hüquqşünası Rəmiş Malıyev verib.
Həmsöhbətimiz məsələnin qapanmaq üzrə olduğunu bildirməklə yanaşı, sözügedən qarşılaşmanın danışılmış olmasına dair sübutun olmadığını da dilə gətirdi: “UEFA ilə mütəmadi əlaqə saxlayırıq və məsələ diqqət mərkəzində saxlanılır. Ancaq oyunun danışılmış olması ilə bağlı heç bir sübut yoxdu. Düşünürəm ki, məsələ yaxın günlərdə qapanacaq”.
Qeyd edək ki, söhbətin hansı oyun barədə getməsini öyrənmək cəhdlərimiz heç bir bəhrə vermədi.