Milli komanda
Rusiya yığmasının erməni futbolçusu millimizə "sataşdı"
Rusiyanın U-21 yığmasının yarımmüdafiəçisi Arşak K…
Rusiyanın U-21 yığmasının yarımmüdafiəçisi Arşak Koryan AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində ötən gecə Almaniyaya qarşı keçirdikləri oyunu (0:2) şərh edərkən, bir neçə gün öncə millimizlə baş tutan görüşü (2:2) də yada salıb. Futbolinfo.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Bu gün baş tutan oyun daha baxımlı alındı. Çünki bir neçə gün öncə Azərbaycan millisinin etdiyi kimi, Almaniya yığması müdafiədə oturmurdu. Biz nəinki hücum futbolu oynayırdıq, həmçinin əks-hücumlar da qurmaq imkanı qazanırdıq".