Premyer-liqa
"AZAL Arena"da "Qəbələ" fanatları yerli azarkeşlərdən daha çoxdur
Bu gün Topaz Premyer Liqasında 27-ci turun oyunları keçi…
Bu gün Topaz Premyer Liqasında 27-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, AZAL doğma meydanda "Qəbələ"ni qəbul edir.
Hazırda "AZAL Arena"da keçirilən qarşılaşmada çox sayda azarkeş olmasa da, qonaq komandanın fanatlarının stadionda olması oyuna rəng qatır. Tribunada təxminən 60-70 nəfə olan qəbələli seyirçilər müxtəlif şüarlarla komandalarını qələbəyə səsləyirlər.
Barmaqla sayılacaq qədər olan ev sahibi komandanın tamaşaçıları da qonaqlara baxıb arada səslənirlər.