Dünya futbolu
Bonilya üçün 90 dəqiqə
Futbol üzrə Salvador yığması DÇ-2018-in seçmə …
Futbol üzrə Salvador yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, "Zirə"nin hücumçusu Nelson Bonilyanın şərəfini qoruduğu bu ölkənin milli komandası səfərdə Hondurasla üz-üzə gəlib.
Matç Bonilyanın komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ev oyununda bu rəqibinə qol vuran Nelson səfər qarşılaşmasında 90 dəqiqə meydanda olsa da, fərqlənə bilməyib.
Qeyd edək ki, tərəflər arasındakı ilk oyun 2:2 hesabıyla başa çatmışdı.