Premyer-liqa
Kanales derbidə olmayacaq
Cəza üzündən Fəhmin Muradbəyli və Elşən Abdullayevi, …
Cəza üzündən Fəhmin Muradbəyli və Elşən Abdullayevi, zədəyə görə Rəhman Hacıyevi itirən “Neftçi” “İnter”lə oyunöncəsi daha bir zərbə alıb. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində baş tutacaq derbidə Nikolas Kanales də “ağ-qaralar”a kömək edə bilməyəcək.
Son məşqdə xəsarət alan alan çilili forvardın zədəsinin şiddətinə qarşıdakı günlərdə aydınlıq gələcək.
Maraqlıdı ki, bu itkilərə baxmayaraq, “Neftçi”nin baş məşqçisi Vəli Qasımov 2 aparıcı oyunçusundan imtina etmək qərarına gəlib. O, “Kəpəz”lə son oyunda kobud səhvlər edən Aqil Məmmədovu və millinin düşərgəsindən dönən Araz Abdullayevi ehtiyatda saxlayıb.