Premyer-liqa
Adil Şükürov: "Penalti qərarı haqlı idi"
"Zirə"nin baş məşqçisi Adil Şükürov To…
"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Nelson Bonilyanın yoxluğu göz önündə idi. Bu üzdən də ön xəttdə "dişsiz" görünürdük. Nurlan Novruzov çox çalışsa da, onun yoxluğunu unutdura bilmədi. Gəncədə oynamaq həmişə çətin olub. Şəhərin böyük futbol ənənələri var. Şahin Diniyev deyib ki, "Kəpəz" nə kiçik komanda deyil, nə də böyük. Amma məncə, "Kəpəz" doğrudan da böyük komandadır. Bu gün heç də hər şey bizim istədiyimiz kimi alınmadı. Məsələn, penalti planlarımıza daxil deyildi. Yeri gəlmişkən, penalti qərarını düzgün hesab edirəm. Qıraqdan cərimə meydançasında futbolçuya toxunuş olduğu görünürdü". (CBC)