Premyer-liqa
Vəli Qasımov: "Neftçi"nin vəziyyəti ürəkaçan deyil"
Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində ba?…
Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində baş tutan “İnter” – “Neftçi” görüşündən sonra qonaqların baş məşqçisi Vəli Qasımov mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri görüşdən razı qaldığını gizlətmədi.
– Bilirdik ki, çətin oyun keçirəcəyik. Həftəni bu oyuna hazırlığa həsr etmişdik. Düşünürəm ki, təhılilimiz bəhrəsini verdi. Komandanın vəziyyəti ürəkaçan deyil. Əsas nəticələrimizi yaxşılaşdırmaqdı, mövsüm başa çatdıqdan sonra mənim qalıb-qalmayacağım deyil.
– Kanalesin yoxluğu nə ilə bağlı idi?
– Yüklənmələr çox olduğu üçün onu qorumağı qərara aldıq.
– Yüklənmələr çox olduğu üçün onu qorumağı qərara aldıq.
– Bu gün 4 futbolçunuz 19-20 yaşında idi. Bu, əsas diqqətinizi kuboka yönəltməyinizlə bağlıdı?
– Xeyr, çempionatdan əlimizi üzməmişik. Sadəcə, gənclərə etimad göstəririk. Növbəti oyunlarda da gənclərə şans verəcəyik. Kuboka isə hələ çox var.
– Xeyr, çempionatdan əlimizi üzməmişik. Sadəcə, gənclərə etimad göstəririk. Növbəti oyunlarda da gənclərə şans verəcəyik. Kuboka isə hələ çox var.
– Maksim Vayloya şans verdiniz…
– Daha öncə də Maksimə şans vermişdim və etimadı doğrultmuşdu. Kim daha hazırlıqlıdısa, o da çərçivəni qoruyacaq.
– Daha öncə də Maksimə şans vermişdim və etimadı doğrultmuşdu. Kim daha hazırlıqlıdısa, o da çərçivəni qoruyacaq.