Premyer-liqa
AZAL-la oyuna tam heyətlə
Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində evd…
Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində evdə “Qəbələ” ilə bərabərə qalan (1:1) “Sumqayıt” 1 günlük istirahətini başa vurub. Futbolinfo.az xəbər verir ki, komanda bu gün yenidən bir araya gəlib.
Növbəti turda AZAL-ın qonağı olacaq “kimyaçılar” bu dəqiqələrdə bazasında həmin matçın hazırlıqlarına başlayıb. Heyətdə itki yoxdu. Bütün futbolçular baş məşqçi Samir Abasovun ixtiyarındadı. Ötən turu zədə səbəbindən buraxan Aleksandr Çertoqanov sağalıb və komanda ilə birlikdədi.
Qeyd edək ki, AZAL – “Sumqayıt” matçı aprelin 17-də, saat 19:00-da “AZAL Arena”da start götürəcək.