Premyer-liqa
AFFA paytaxt klublarının futbolçularını cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 29-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
"Sumqayıt” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
"İnter” – AZAL matçının 13-cü dəqiqəsində “İnter”in futbolçusu Fərid Abbaslı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 75-ci dəqiqəsində AZAL-ın futbolçusu Rüstəm Rüstəmli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
"Rəvan” – “Zirə” matçının 76-cı dəqiqəsində “Rəvan”ın futbolçusu Nuran Qurbanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.