Bizi izləyin

Layihə

23 GÜN QALDI: Millimizə birlikdə dəstək olaq!

Mayın 5-də Bakıda 17 yaşlı futbolçular arasında növb…

blank
Mayın 5-də Bakıda 17 yaşlı futbolçular arasında növbəti qitə çempionatının final mərhələsi start götürəcək. Bir neçə gün öncə püşk atıldı, iştirakçılar rəqiblərini tanıdılar və son hazırlıqlar üçün işə başladılar.
 
Təbriz Həsənovun rəhbərlik etdiyi milli komandamız ev sahibi kimi qatılacağımız yarışın autsayderi hesab olunur. Amma buna baxmayaraq, püşk haqqında danışan əksər futbol adamları qrupdan çıxacaq gücdə olduğumuzu, millimizin sürpriz etməyə qadir olduğunu düşünür.
 
Təbii ki, bütün bunlar gəlişigözəl sözlərdi və daha çox nikbin əhval-ruhiyyə yaratmaq üçündü. Açılış oyununda 5 qat qitə çempionu Portuqaliyayla üz-üzə gələcəyimizi nəzərə alsaq, yarış bizim üçün yaxşı başlamaya da bilər. Çox əla heyəti olan Belçika və Şotlandiya ilə oyunlar da asan alınmayacaq.
 
Kağız üzərində nəinki qrupun, bəlkə də yarışın ən zəifiyik. Bunu etiraf etmək, amma qorxmamaq lazımdı. Daim favoritlər qalib gəlsəydi, heç oynamaq lazım olmazdı. Sürprizlər qaçılmazdı və meydan sahibi olduğumuzdan ən böyük gözlənilməzlik elə bizdən gəlməlidi. Uğur qazanmaq üçün isə təkcə məşqçi və futbolçu heyəti çalışmamalıdı, hamı bu işə töhfəsini verməlidi.
 
17  yaşlılar arasında Avropa çempionatı qıtənin ən mötəbər yarışı deyil. Amma gələcəyin ulduzlarının əksəriyyəti burada toplaşdığı üçün bütün qitə klublarının gözü Bakıda olacaq. 15 qonaq komandanın heyətinin bəlkə də yarısı bir neçə ildən sonra “Real”ın, “Barselona”nın, “Bavariya”nın, “Çelsi”nin və başqa klubların oyunçusu olacaq. Ona görə oyunların əhəmiyyəti böyükdü, rəqabət ən üst səviyyədədi. Bu, millimizin üzvləri üçün də eyni anlam daşıyır. Futbolçularımız millinin uğurunda pay sahibi olmaqla yanaşı, özləri üçün də qapı aça, skautların diqqətini çəkə bilərlər.
 
Komandamızın baş məşqçisi Təbriz Həsənovun yetirmələrini maksimal dərəcədə hazırlaşdırdığı, oyunlara köklədiyi şübhə doğurmur. AFFA rəhbərliyi də imkan daxilində komanda üçün şərait yaradıb. Ölkəmizi yaxşı təmsil etmək, komandamızın boyundan hündürə tullanması üçün mətbuatın, azarkeşlərin, futbol ictimaiyyətinin də üzərinə böyük yük düşür.
 
Mətbuat komandanı təzyiq altında saxlamamalı, onları ruhlandırmalı, çətin anlarda dəstək verməlidi. Onsuz da hamımıza aydındı ki, indiki halda Portuqaliya, Belçika və Şotlandiyanı uda bilməməyimiz normal qəbul olunacaq və başadüşülən olacaq. Amma məhz dəstəyimiz sayəsində komanda qrupdan çıxsa, bu, Avropaya da gözəl mesaj olar.
 
Azarkeşlər də boş dayanmamalı, oyunlara gəlməli, milli komanda ətrafında birləşməlidi. Yığma komandada oyunçusu olan klublar fan-klublarını təşkilatlandırmaqla ümumi uğurda rol oynaya bilər. Fanatlar məhz belə matçlarda 12-ci oyunçu funksiyasını yerinə yetirməklə ümumi uğura şərik olmalıdı.
 
Futbol ictimaiyyəti ilə işi AFFA aparmalıdı, amma bir çox insan özü də təşəbbüskar ola bilər. Məsələn, gənclər arasında dünya, Avropa çempionu olmuş insanların – Arif Əsədov, Tərlan Əhmədov, Vladislav Qədirov, Vəli Qasımovun bu işdə böyük rolu olmalıdı. Onlar növbəli şəkildə komanda ilə görüşməli, məsləhətlərini verməlidilər. Qitə çempionatı ölkədaxili oyunlardan fərqlidi – bunu isə məhz belə turnirlərdə təcrübəsi olan insanlar başa salmalıdı. Bundan başqa, məhz 17 yaşlıların yarışlarında ədaləti qorumuş sabiq FİFA referisi Tahir Süleymanov, onun yolunu davam etdirən Əliyar Ağayev də futbolçularımıza faydalı məsləhətlər verə bilər.
 
Yarışa 23 gün qalsa da, ölkədə qitə çempionatı ab-havası hiss olunmur. AFFA televiziya, mətbuat vasitəsi ilə PR işini genişləndirməli, əsl bayram əhval-ruhiyyəsi yaratmalıdı. Final mərhələsini təkcə komandamız da orada oynasın deyə qəbul etmirik. Qonaqlar üçün ölkəmizin imkanlarını açmalı, mədəniyyətini təbliğ etməliyik. AFFA yaxşı olardı ki, bu yarışı Bakıya məhkum etməzdi, qrup oyunları Qəbələdə, Lənkəranda da keçirilərdi. O zaman yarışın coğrafi miqyası böyüyər, turistik imkanlarımız reklam olunardı. Ancaq bu səhvə lap əvvəldən yol verilib, indi nəyisə dəyişmək mümkün deyil. Ona görə də mümkün olduğu qədər təbliğat işi aparmaq lazımdı.
 
Futbolinfo.az bugündən etibarən milli komandamıza dəstək üçün silsilə yazılara start verir. Ümid edirik, millimizin uğurlu çıxışında, qitə çempionatının yaxşı təşkilində hamımızın bacara bildiyi qədər rolu olacaq.
 
CAVAD
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-18 01:58

ÇL: “Real” və “Bayern” yarımfinalda!

blank
Dünya futbolu2024-04-17 22:29

40 yaşında karyerasını bitirir

blank
Digər idman növləri2024-04-17 21:46

“Neftçi” finalda “Xəzri”yə rəqib oldu

blank
Digər idman növləri2024-04-17 21:06

Baxşıyev “Xəzri”yə məğlubiyyəti şərh etdi

blank
Digər idman növləri2024-04-17 20:48

“Azərreyl” finalda

blank
Digər idman növləri2024-04-17 20:19

Ağcabədidə məktəblilər yarışdı

blank
Dünya futbolu2024-04-17 20:00

Dele Allinin mundial arzusu

blank
Digər idman növləri2024-04-17 19:38

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-17 19:19

Boksçularımız Avropa çempionatında mübarizə aparacaq

blank
Dünya futbolu2024-04-17 19:00

Haller Dortmunddan ayrılacaq

blank
Digər idman növləri2024-04-17 18:41

Kubokun ilk finalçısı bəlli oldu

blank
Digər idman növləri2024-04-17 18:22

Güləş yığmalarımız Avropa çempionatına hazırlaşırlar

blank
Digər idman növləri2024-04-17 18:03

İlk finalçı müəyyənləşdi

blank
I Liqa2024-04-17 17:49

“Mingəçevir” uduzdu, “Şamaxı” qalib gəldi

blank
I Liqa2024-04-17 17:34

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi

blank
Ölkə futbolu2024-04-17 17:17

Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”

blank
Dünya futbolu2024-04-17 16:59

Romario 58 yaşında karyerasını bərpa etdi

blank
Dünya futbolu2024-04-17 16:41

Daha bir özbək İtaliyaya köçür

blank
Dünya futbolu2024-04-17 16:22

“Atletiko” antirekordunu təkrarladı

blank
Müsahibə2024-04-17 16:07

Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”

blank
Premyer-liqa2024-04-17 15:50

“Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışda!

blank
Digər idman növləri2024-04-17 15:33

Azərbaycanlı bilyardçı Avropa çempionu oldu

blank
Digər idman növləri2024-04-17 15:15

MHL-də pley-offun son cütlükləri də məlum oldu

blank
Digər idman növləri2024-04-17 14:57

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək

blank
Ölkə futbolu2024-04-17 14:39

Yüksək Liqada 19-cu turun hakim təyinatları

blank
Dünya futbolu2024-04-17 14:24

“Milan”da yeni müqavilə

blank
Premyer-liqa2024-04-17 14:07

Premyer Liqanın 31-ci turu rəqəmlərin gözü ilə

blank
Digər idman növləri2024-04-17 13:52

“Neftçi” ilə oyun bizim üçün həlledicidir”

blank
Dünya futbolu2024-04-17 13:37

“Barselona”nın futbolçuları tarixə düşdülər

blank
I Liqa2024-04-17 13:20

I Liqada 22-ci turun hakimləri bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm