Milli komanda
"Sumqayıt"ın 4 futbolçusu U-17 millimizdə!
May ayında Bakıda təşkil olunacaq Avropa çempionatının fi…
May ayında Bakıda təşkil olunacaq Avropa çempionatının final mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçirəcək. Futbolinfo.az xəbər verir ki, aprelin 12-dən 13-dək paytaxtımızda baş tutacaq hazırlıq prosesinə "Sumqayıt"ın 4 futbolçusu – Ricat Qarayev, Aqşin Hüseynov, İsmayıl Babayev və Tural Quliyev dəvət olunub.