Dünya futbolu
Millimizin futbolçusu baş məşqçisiz qala bilər
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafi…
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu İspaniyanın "Kordoba" klubu baş məşqçisiz qala bilər. Futbolinfo.az xəbər verir ki, buna səbəb futbolçumuzun komandasının son turlardakı uğursuz çıxışıdır.
İspaniya Sequnda Liqasında çıxış edən bu komanda La Liqaya vəsiqə uğrunda mübarizə aparsa da, son turda autsayderlər qrupunda qərarlaşan "Albasete"yə doğma meydanda 2:3 hesabıyla uduzmaqla baş məşqçi Xose Luis Oltranın kreslosunu möhkəm tərpədib. İspaniya mətbuatının yazdığına görə, son altı ev oyununda komandanın ardıcıl məğlubiyyətlərlə üzləşməsi klub rəhbərliyinin də səbr kasasını daşırıb. İstisna deyil ki, yaxın günlərdə Oltranı başqa mütəxəssis əvəzləsin.
Qeyd edək ki, İsrafilovun komandası 48 xal toplayıb və hazırda 9-cu pillədə qərarlaşıb. Halbuki, komanda 2016-cı ilə 3-cü pillədə başlamışdı və liderliyə də çox yaxın idi.