Bizi izləyin

Layihə

Azarkeşlərin yaş problemi və tribunaları “qocaltmaq” yolları – LAYİHƏ

Ölkə klublarının fanat sarıdan “kasıb” olmasın?…

blank

Ölkə klublarının fanat sarıdan “kasıb” olmasının səbəblərini araşdırarkən, daha bir xoşagəlməz faktlə üz-üzə qalırıq. Söhbət tribunalara gələn fanat dəstələrinin orta yaş həddindən gedir. Bu, xüsusilə paytaxtda müşahidə olunur. Onsuz da barmaqla sayılacaq qədər olan azarkeşlərin əksəriyyəti məktəblilərdi.

Bu yöndə “öncüllər” sırasında dayanan “Bakı”nın yararlandığı praktikanı xatırlatmamaq olmur. Komandanın ev oyunlarına cəlb olunan məktəblilərə 1 manat “şirnikləndirici” təklif edən klub rəhbərliyi bununla da guya fan-klub yaradırdı. Aydın məsələdi ki, “manatlıq fanat”la elə məskunlaşdıqları Biləcəridən o yana getmək mümkün deyil. Klubun bazası, uşaq futboluna diqqəti bir çoxlarına örnək olsa da, fanatlarla işləmək bacarığı “0”-dı. Axı, 1 manata tribunaya gətirilən məktəbli əlacsızlıqdan sənin tribunanda əyləşir və yalandan “Bakı”, “Bakı” çığırıb, 90 dəqiqənin tamamında dondurmasını almağa tələsir.

“Bakı” ən biabırçı misal olduğu üçün məhz bu klubun adını hallandırdıq. Bunabənzər praktika olduqca çoxdu və dərinliyə varanda, əksər klublarımızda vəziyyət eynidi. Bu, xüsusilə paytaxt klublarında müşahidə olunur. Əgər “Xəzər Lənkəran”, “Kəpəz” və “Sumqayıt”ın ev oyunlarına gələn azarkeşlərin orta yaş həddi 13-15 limitini xeyli arxada qoyursa, digərlərində bu problem qabarıq şəkildə özünü büruzə verir. İstisna hal kimi “Qarabağ”ı göstərə bilərik ki, Ağdam təmsilçisinin Suraxanıya daşınmasından sonra tribunalara bir neçə min fanat toplaşır. Ancaq göründüyü kimi, ölkə çempionunun ev oyunlarına tamaşaçı sayının artmasında başlıca rolu məhz məskəni dəyişməsidi.

İlk yaranan sual təxmini belə səslənə bilər: “Tribunalara yeniyetmələrin gəlməsinin nəyi pisdi ki?” Bunun bir neçə problemli tərəfi var.

İlk növbədə tribunadan səslənən şüarlar… “1:0 azdı, … qazdı” və bundan da kobud ifadələrə yer verilməsi əlbəttə ki, klubların azarkeşlərinin orta yaş həddiylə əlaqədardı. Aydın məsələdi ki, daha zəngin həyat təcrübəsinə sahib olan fanat yaşına uyğun da şüarlar səsləndirəcək.

Bu yöndə diqqət yönəldilməli xüsusi məqam fanatlarla işləməkdi. Özü də “1 manatlıqlar”la yox. Maarifləndirici görüşlərin təşkili mütləqdi ki, bunu da heç bir klub sistemli şəkildə həyata keçirmir. Özü də bu görüşlər həm klubun bazasında, həm də yerlərdə təşkil olunmalıdı. Söhbət ilk növbədə ali təhsil ocaqlarından gedir.  Görüşlərə klubların aparıcı oyunçuları, veteranları, məşqçi heyəti kimi qruplardan təşkil olunmuş nümayəndələri aparmaq lazımdı. Fanatlarla maraqlı müsabiqələr təşkil etməklə gözəl körpü də qurmaq çətin deyil. Münasibətlər yüksək həddə olduqdan sonra isə kluba dəstək vermək üçün birgə layihələrin təşkili də aksioma çevriləcək.

Tribunalarda mədəni davranışa nail olduqdan sonra düşünüləsi məqam fanatların 2 saata yaxın vaxtının səmərəli keçməsidi. İlk növbədə bu, hissələr arasındakı fasilə zamanı özünü büruzə verməlidi. Çünki stadiona gələn fanat elə bir enerji almalıdı ki, səbrsizliklə sevimli komandasının növbəti ev oyununu gözləsin və nəinki özü stadiona gəlsin, hələ ətrafındakı dostlarına da komandasının gördüyü iş barədə məlumat versin, onları tribunalara daşısın.

Futbolinfo.az Topaz Premyer Liqasında çıxış edən hər bir klubumuza bu yöndə yardımçı olmağa hazırdı. Yuxarıda sadaladığımız işlərin görülməsi yollarınının detallarını, habelə bu yöndə informasiya dəstəyi verməyi də öhdəmizə götürə bilərik. Qalır yeganə sual: klublarımız bunu istəyirmi?

FƏRİD

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-29 19:45

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
Dünya futbolu2024-04-29 19:31

Sançes Milanda qalmayacaq

blank
Digər idman növləri2024-04-29 19:14

Avropa çempionu olan azərbaycanlı şahmatçı: “Arzum həyata keçdi”

blank
Premyer-liqa2024-04-29 19:01

“Zirə” “Araz-Naxçıvan”a qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2024-04-29 19:00

Xavi Robertonun qalmasını istəyir

blank
Dünya futbolu2024-04-29 18:44

“Torino” Yuriçlə vidalaşır

blank
Dünya futbolu2024-04-29 18:32

Palladino iddialı komandadan dəvət gözləyir

blank
Əvəzedicilər2024-04-29 18:16

Liderdən inamlı qələbə, izləyicisindən darmadağın

blank
Digər idman növləri2024-04-29 18:00

Azərbaycan şahmatında ilk – Fətəliyeva Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-29 17:45

Türkiyə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-04-29 17:31

“Məqsədimiz 6 il öncəki uğurumuzu təkrarlamaqdır”

blank
Digər idman növləri2024-04-29 17:16

Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısında iştirak edib

blank
Digər idman növləri2024-04-29 17:00

“Çempionluq üçün əlimizdən gələni edəcəyik” – Baxşıyev

blank
Digər idman növləri2024-04-29 16:44

Azərbaycanlı məşqçi Avropa Gimnastikasının tədbirində iştirak edib

blank
Digər idman növləri2024-04-29 16:30

“Şəki” iki legionerlə vidalaşdı

blank
Dünya futbolu2024-04-29 16:15

Slot gələcək komandası üçün oyunçu seçir

blank
Digər idman növləri2024-04-29 16:00

Azərbaycan Basketbol Liqası: Pley-off oyunlarının vaxtı bəlli oldu

blank
Digər idman növləri2024-04-29 15:46

Azərbaycan atletlərindən Türkiyədə növbəti medallar

blank
Digər idman növləri2024-04-29 15:32

Formula 1 pilotu bayramda başından zədə aldı

blank
Dünya futbolu2024-04-29 15:15

Ozan Canlı “Eyndhoven” evdə xal itirdi

blank
Digər idman növləri2024-04-29 15:00

Şahmatçımız Avropa çempionluğunun bir addımında

blank
Milli komanda2024-04-29 14:47

Millimizin heyətində daha bir dəyişiklik edildi

blank
Dünya futbolu2024-04-29 14:32

Salahla Kloppa məsləhət: “Son həftələrin dadını çıxartsınlar”

blank
Ölkə futbolu2024-04-29 14:17

II Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Müsahibə2024-04-29 14:05

Elvin Camalov: “Turnir cədvəlini yox, qarşıdakı oyunlarımızı düşünməliyik”

blank
Premyer-liqa2024-04-29 13:48

Elitada 200-cü oyun

blank
Digər idman növləri2024-04-29 13:31

MBA-da ilin məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-04-29 13:16

Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar

blank
Digər idman növləri2024-04-29 13:02

Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb

blank
Digər idman növləri2024-04-29 12:48

“Qarabağ” liderliyini möhkəmləndirdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm