Bizi izləyin

Layihə

21 GÜN QALDI: Qorxulu Portuqaliya və Belçika, münasib şotlandlar

17 yaşlılardan ibarət yığma komandalar arasında paytaxtımızda …

blank
17 yaşlılardan ibarət yığma komandalar arasında paytaxtımızda keçiriləcək Avropa çempionatının final mərhələsinin startına 21 gün qaldı. Budəfəki yazını Təbriz Həsənovun yetirmələrinə rəqib olan komandalar barədə geniş məlumat verməyə həsr edəcəyik.
 
Belçika
Birinci seçmə qrup mərhələsində Sloveniya, Türkiyə və Farer adaları ilə mübarizə aparan “qırmızı iblislər” yalnız qardaş ölkənin gənclərini məğlub etməyi bacarmadı. Sloveniya üzərində 2:1 hesablı qələbə qazanan Belçika adalılara da şansı tanımadı – 4:1. Yalnız Türkiyəylə xalları bölən (0:0) Tyerri Çikenin yetirmələri qrup qalibi olaraq, elit-raunda vəsiqə əldə etdi.
 
Maraqlıdı ki, ən yaxşı qrup üçüncüsü kimi bu mərhələyə vəsiqə əldə edən Sloveniya yenidən Çikenin komandası ilə üz-üzə gəldi və bu dəfə qapısının toxunulmazlığını qoruya bildi. Qrupun favoriti hesab olunan İspaniya isə yekunda paytaxtımıza lider kimi gəlmək hüququ əldə edə bilmədi. Özü də bu dramatik şəkildə baş verdi. İsraili 1:0 hesabı ilə üstələyən “buğalar” da Sloveniya ilə qolsuz bərabərə qaldı. Belçikanın da yəhudiləri 1:0 məğlub etməsindən sonra yeganə vəsiqənin taleyinə son turda aydınlıq gəlməli idi. Maraqlıdı ki, Sloveniya son görüşünü də qolsuz bərabərliklə başa vurduqdan sonra 1-ci pillə şansları yalnız İspaniya ilə Belçikada qaldı. Qarşılaşma qolsuz bərabərliklə başa çatdığı üçün qrup qalibi matçsonrası penaltilərlə müəyyənləşməli oldu. Daha sərrast olan belçikalılar final mərhələsinə vəsiqə qazandı.
 
Bu komandanın əsas silahı müdafiə xəttinin etibarlı oynamasıdı. Final mərhələsinədək keçirdikləri 6 görüşdə cəmi 2 dəfə məyus olan “qırmızı iblislər” 7 qola sevinib. Ümumi statistikanı götürdükdə isə Belçika yığması indiyədək 17 yaşlılar arasında Avropa çempionatlarında (seçmə mərhələlər də daxil olmaqla) 93 oyuna çıxıblar. Bu qarşılaşmaların 36-da qələbəyə sevinən yığmamızın ilk rəqibi 22 dəfə də məğlubiyyət acısı dadıb. Digər oyunlarda isə komanda bərabərliyə razılaşıb.
 
Şotlandiya
Qrupda ən münasib rəqib Şotlandiya yığmasıdı. Biz britaniyalıları aşağılamaq niyyəti güdmürük. Sadəcə, göstərdikləri nəticələr bu ölkənin 17 yaşlılardan ibarət komandasının qrupda gənclərimizin qələbə qazanmaq üçün ən real rəqibi kimi görünür.
 
Britaniyalılar hələ 1-ci seçmə mərhələdə büdrəməyə yaxın idilər. Onlar yalnız ən yaxşı qrup 3-cüləri sırasına düşərək, elit-raunda vəsiqə əldə etdi. İtaliya, Bolqarıstan və Makedoniya ilə eyni qrupda yer alan Skot Qemillin yetirmələri ilk oyunda Makedoniyanın müdafiəsində daşı daş üstə qoymadılar – 3:0.
 
Növbəti oyunda britaniyalılar İtaliya qarşısında “ağ bayraq qaldıran” Bolqarıstana uduzdular – 0:2. Son turda isə “skuadra adzurra”yla xalları yarı bölən (1:1) “yubkalılar” son turdakı rəqibindən 1 xal az toplayaraq, qrup 3-cülüyü ilə barışdılar. Bəhs etdiyimiz yığma bolqarla eyni – 4 xala sahib olsa da, şəxsi görüşdə məğlub olduğu üçün yalnız Makedoniyanı arxada qoydu.
 
Elə elit-raund da Şotlandiya üçün mürəkkəb qrafiklə keçdi. İlk oyundaca Qremillin drujinası ağır zərbəylə üzləşdi. Danimarkayla görüş Şotlandiyanın fiaskosuyla nəticələndi – 0:4. Növbəti oyunda Çexiyanı 2 cavabsız qolla keçən britaniyalılar İsveçrəylə “sülh bağladı” – 1:1.
 
Qrup qalibi 6 xal toplayan Danimarka oldusa, 2-ci yerin sahibini müəyyənləşdirmək üçün əlavə göstəricilərə nəzər yetirilməli oldu. Çexiyayla eyni – 4 xal toplayan Şotlandiya şəxsi görüşdə qalib gəldiyi üçün Bakıya vəsiqə əldə etdi.
 
Maraqlıdı ki, seçmə tsikllərdə keçirdiyi oyunlarda Şotlandiya ilk qolu buraxdığı təqdirdə məğlubiyyətdən yaxa qurtara bilməyib. Bu da komandanın psixoloji cəhətdən zəif olmasından xəbər verir. Keçirdiyi 6 oyundakı qolların saldosu da şotlandlar üçün ürəkaçan deyil: vurduqları 6 qola cavab olaraq, 9 dəfə meydanın mərkəzinə dəvət olunublar.
 
Şotlandiyanın U-17 yığması tarixi ərzində 87 dəfə AÇ-nin oyunlarına çıxıb. 35 qələbə qazanan komanda, 28 dəfə meydançanı boynubükük tərk edib. Digər 16 qarşılaşmada isə xallar yarı bölünüb.
 
Portuqaliya
Qrupun aşkar favoriti Portuqaliyadı. Kriştiano Ronaldonun həmvətənləri zəfər yürüşünü Ermənistan üzərində 7:0 hesablı darmadağınla başlayıblar. Pireneylilərin növbəti qurbanı San-Marino komandası olub – 5:0. Yalnız qrupdakı son görüşdə portəgizlər qapılarında top görüb, qələbədən məhrum olublar. İngiltərə ilə qarşılaşma 1:1 başa çatıb. Yalnız top fərqinə görə “Dumanlı Albion” təmsilçisindən geri qalan Eliu Souzanın yetirmələri qrup 2-cisi kimi elit-raunda yüksəliblər.
 
Bu mərhələdə isə Portuqaliya qabağına çıxanı nokauta göndərib. İsveç və Uelsi quru hesabla məğlubiyyətə uğradan qrupumuzun favoriti (müvafiq olaraq 2:0 və 1:0), son oyunda Xorvatiyanı 4:2 hesabı ilə yenərək, Bakıya vəsiqəni 1-ci yerlə təmin edib.
 
Portuqaliyanın 17 yaşlılar arasında tarix ərzində 5 dəfə Avropu çempionu olması çox şeydən xəbər verir. Ancaq unutmayaq ki, bu ölkənin əsas yığmasının “at oynatdığı” dövrlərdə Luiş Fiqu və dostları millimizlə 1:1-lik bərabərliyə uşaq kimi sevinirdilər…
 
AĞA
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-30 01:16

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-30 00:54

“Cenoa” 3 xalı 3 qolla qazandı

blank
Dünya futbolu2024-04-29 23:46

“Fatih Karagümrük”dən darmadağın

blank
Milli komanda2024-04-29 23:24

Millinin albanlarla oyununun məkanı və başlama saatı açıqlandı

blank
Premyer-liqa2024-04-29 22:39

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-29 22:15

“Rəqib müdafiəsini yara bilmədik” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-29 22:00

“Rəşad Sadıqovla heç bir prinsipim yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-29 21:21

“Sumqayıt”da növbəti debütant

blank
Premyer-liqa2024-04-29 20:55

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

blank
Ölkə futbolu2024-04-29 20:44

Azərbaycanın yığmaları Türkiyəyə toplanışa yollandılar

blank
Dünya futbolu2024-04-29 20:30

“Çelsi”dən gedəcəyini özü açıqladı

blank
Ölkə futbolu2024-04-29 20:00

“Baku Sportinq”dən növbəti darmadağın

blank
Digər idman növləri2024-04-29 19:45

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
Dünya futbolu2024-04-29 19:31

Sançes Milanda qalmayacaq

blank
Digər idman növləri2024-04-29 19:14

Avropa çempionu olan azərbaycanlı şahmatçı: “Arzum həyata keçdi”

blank
Dünya futbolu2024-04-29 19:00

Xavi Robertonun qalmasını istəyir

blank
Dünya futbolu2024-04-29 18:44

“Torino” Yuriçlə vidalaşır

blank
Dünya futbolu2024-04-29 18:32

Palladino iddialı komandadan dəvət gözləyir

blank
Əvəzedicilər2024-04-29 18:16

Liderdən inamlı qələbə, izləyicisindən darmadağın

blank
Digər idman növləri2024-04-29 18:00

Azərbaycan şahmatında ilk – Fətəliyeva Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-29 17:45

Türkiyə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-04-29 17:31

“Məqsədimiz 6 il öncəki uğurumuzu təkrarlamaqdır”

blank
Digər idman növləri2024-04-29 17:16

Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısında iştirak edib

blank
Digər idman növləri2024-04-29 17:00

“Çempionluq üçün əlimizdən gələni edəcəyik” – Baxşıyev

blank
Digər idman növləri2024-04-29 16:44

Azərbaycanlı məşqçi Avropa Gimnastikasının tədbirində iştirak edib

blank
Digər idman növləri2024-04-29 16:30

“Şəki” iki legionerlə vidalaşdı

blank
Dünya futbolu2024-04-29 16:15

Slot gələcək komandası üçün oyunçu seçir

blank
Digər idman növləri2024-04-29 16:00

Azərbaycan Basketbol Liqası: Pley-off oyunlarının vaxtı bəlli oldu

blank
Digər idman növləri2024-04-29 15:46

Azərbaycan atletlərindən Türkiyədə növbəti medallar

blank
Digər idman növləri2024-04-29 15:32

Formula 1 pilotu bayramda başından zədə aldı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm