Premyer-liqa
"Qarabağ" derbiyə 3 itki ilə çıxacaq
Topaz Premyer Liqasının 30-cu turunda “Qarabağ” səfər…
Topaz Premyer Liqasının 30-cu turunda “Qarabağ” səfərdə “Neftçi”nin qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, ağdamlılar bu matça hazırlıqlarını davam etdirir.
Əyalət təmsilçisi görüşə bir neçə itki ilə hazırlaşır. Qışda zədələnərək mövsümü bağlayan Rahid Əmirquliyevdən başqa daha iki futbolçu komandasına kömək edə bilməyəcək. Belə ki, 4 sarı vərəqəsi olan Migel Madeyra da cəza səbəbindən “ağ-qaralar”la qarşılaşmanı buraxacaq. Kiçik zədəsi olan Samuel Armenterosun da qarşıdakı görüşdə iştirakı sual altındadır. Qalan futbolçuların hamısı baş məşqçi Qurban Qurbanovun ixtiyarındadı.
Qeyd edək ki, sözügedən matç sabah, saat 16:00-da “Bakcell Arena”da start götürəcək.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib
- Dünya futbolu2024-04-30 11:32
“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir