Dünya futbolu
Avropa Liqasında yarımfinalın püşkü atıldı
Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin püşk&u…
Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə yarımfinalın cütlükləri müəyyənləşib.
Ukrayna "Şaxtyor"u finala gedən yolda İspaniyanın "Sevilya" klubu ilə qarşılaşacaq. İspaniyanın AL-dəki digər təmsilçisi "Vilyareal" isə İngiltərə "Liverpul"u ilə qarşılaşacaq. "Vilyareal" – "Liverpul" cütünün qalibi finalda nominal meydan sahibi olacaq.
Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin oyunları 28 aprel – 5 may tarixlərində keçiriləcək. Final matçı isə mayın 18-də İsveçrənin "Sent Yakob Park" arenasında baş tutacaq.
Avropa Liqası
Yarımfinal
Yarımfinal
"Şaxtyor" (Ukrayna) – "Sevilya" (İspaniya)
"Vilyareal" (İspaniya) – "Liverpul" (İngiltərə)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib