Dünya futbolu
“Rəvan”dan Ukrayna klubuna
“Rəvan”ın sabiq qapıçısı Kostyantin Maxnovski …
“Rəvan”ın sabiq qapıçısı Kostyantin Maxnovski özünə klub tapıb. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının autsayderi ilə yollarını qışda ayıran ukraynalı qolkiper karyerasını vətənində davam etdirəcək.
Bir müddət “Dnepr”də baxışda olub, bəyənilməyən Maxnovski klub axtarışını yekunlaşdırıb. O, I dəstədə çıxış edən “Sumı” klubu ilə anlaşıb.
Kostyantin Azərbaycanda olduğu kimi vətənində də autsayderlərdən birinin şərəfini qoruyacaq. Belə ki, Sumının eyni adlı klubu 16 komanda arasında 15-cidi və liqanı tərk etməyə yaxındı.
Autsayderlərin birinə digərinə dəyişən Maxnovski Azərbaycanda antirekorla yadda qalıb. Belə ki, o cari mövsümdə Topaz Premyer Liqasında orta hesabla ən çox qol buraxan qapıçıdı. Təbii ki, oyunların ən azı yarıdan çoxunda meydana çıxanlar arasında. O, 18 matçda 26 top buraxıb. (apasport.az)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza