Premyer-liqa
Qriqorçuk tribunaya göndərildi
Topaz Premyer Liqasının 30-cu turunda üz-üzə gələn &quo…
Topaz Premyer Liqasının 30-cu turunda üz-üzə gələn "Qəbələ" – "Rəvan" oyununun son dəqiqələrində meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk tribunaya göndərilib. Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis Voyislav Stankoviçə göstərilən sarı vərəqəyə kəskin etiraz etdiyi üçün meydançadan kənarlaşdırılıb.
Artıq neçənci dəfədi ki, hakimlikdən narazılığını bildirən Qriqorçuk bunu adətən qarşılaşma başa çatdıqdan sonra edirdisə, bu dəfə final fitinədək səbri çatmadı.
Qeyd edək ki, "Qəbələ" – "Rəvan" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza