Bizi izləyin

Layihə

17 GÜN QALDI: Tərlan Əhmədovu oyunlara MTN işçiləri kökləyirmiş

Futbolinfo.az-ın ölkəmizdə 17 yaşlılar arasında Avropa &cce…

blank
Futbolinfo.az-ın ölkəmizdə 17 yaşlılar arasında Avropa çempionatı ilə bağlı layihəsi davam edir. Budəfəki müsahibimiz uzun illər milli komandamızın kapitan sarğısını daşıyan, hazırda isə AZAL-ın baş məşqçisi olan Tərlan Əhmədovdu. Sabiq “4 nömrə”ni seçməyimiz heç də səbəbsiz deyil. Çünki Əhmədov 1990-cı ildə 18 yaşlılardan ibarət SSRİ yığmasının tərkibində Avropa çempionu olub. Kollektivlə böyük turnirdə çıxış etmiş və  uğura nail olmuş birinin fikirləri yəqin ki, hamıya maraqlı olar.
 
– Sizcə, Portuqaliya, Belçika və Şotlandiyanın yer aldığı qrupda millimiz nəyə nail ola bilər?
– Düzdü, bəxtimizə düşən rəqiblər bir az güclüdü. Buna baxmayaraq, biz də zəif deyilik. Burada oynayıb, əzmkarlıq göstərib, məşqçinin tapşırığını yerinə yetirməklə nəyəsə nail olmaq olar. Amma ilk dəfə bu yarışda iştirak etmək, özü də doğma azarkeşlər önündə oynamaq stimul versə də, çətin olacaq. Fikrimcə, futbolçuların gələcəyi üçün ələ düşən bir şansdı. Qrup mərhələsini adlamaq haqda danışmaq çətindi. Futbol bir oyundu. Mən 18 yaşlılardan ibarət SSRİ yığmasının heyətində Avropa çempionu olmuşam. O vaxt biz qrupda İsveç, İngiltərə kimi yığmalarla qarşılaşmışdıq. Finaldakı rəqibimiz isə Portuqaliya idi. Həmin vaxt rəqibin heyətində Luiş Fiqu kimi gələcəyin ulduzları var idi. Bizim onda əsas məqsədimiz DÇ-yə vəsiqə qazanmaq idi. Amma biz sonda Avropa çempionu olduq. Gedişat nə göstərəcək – bilmirəm, ancaq arzu edərdim ki, komandamız qrupdan çıxıb, yoluna davam etsin. Futbol artıq elə bir dönəmə çatıb ki, zəif-güclü anlayışı qalmayıb. Məşqçi futbolçuları oyuna necə kökləyəcək – bu, sual altındadı.
 
– Qeyd etdiniz ki, siz artıq bu yolları keçmisiniz və uğur da qazanmısınız. Maraqlıdı, həmin vaxt sizləri oyuna necə kökləyirdilər?
– O vaxt komandada vətənpərvərlik var idi. Bizimlə MTN işçiləri söhbət edirdi, indiki kimi sərbəstlik yox idi. Qarşımıza ancaq futbol oynamaq məqsədi qoyulmuşdu, vətən, millət və s. bu kimi amillərlə bizi matçlara kökləyirdilər. Baxmayaraq ki, cavan idik, bizi oyunlara çox kökləməyə elə də ehtiyac yox idi. Çünki millidəki futbolçuların əksəriyyəti üzvü olduğu komandalarda əsas heyətdə çıxış edirdi. Məsələn, mən həmin vaxt “Neftçi”nin əsas heyətində çıxış edirdim. Sadəcə, bizim arzu, istəklərimiz var idi, futbolla yaşayırdıq. İndiki dövrdə oyunçulara sərbəstlik veririksə, futbolçu özü peşəkardısa, bu yarışa köklənməlidi.
 
– Doğma meydan amilinin millimizə xeyri dəyə bilərmi?
– Dünya və Avropa çempionatlarını analiz edəndə görürük ki, evdə çıxış edən komandalar həmişə büdrəyib. Amma arzu edək ki, bu yaşda futbolçularımız bizi sevindirsin.
 
– Qrup mərhələsini adlamaq bizim üçün böyük uğurdumu? Əksinə, qrupda qalmaq faciə sayıla bilərmi?
– Hər hansı yüksək nəticə bizim üçün uğurdu, həmçinin, qrup mərhələsini adlamaq. O ki, qaldı ilk mərhələdə mübarizəni dayandırmağa, hər şeyi faciə saymamalıyıq. Çünki həyat dayanmır. Nəyəsə nail olmağın yollarını axtarmalıyıq ki, gələcəkdə davamlı olsun. Həyatda faciə bir torpaq, bir də insan itkisidi. Hər il keçdikcə klublardan, millilərdən daha yaxşı nəticələr tələb olunur.
 
– Necə düşünürsünüz, yaxşı olmazdımı ki, çempionatın startı ərəfəsində siz, Arif Əsədov və ya bu uğura imza atmış digər futbolçulardan kimlərsə millinin düşərgəsində olsun, futbolçularla söhbət etsin?
– Bu, bizim şəxsi istəyimizdən asılı deyil. O vaxt Azərbaycan futbolunun 100 illiyində mənə dedilər ki, Avropa çempionu kimi tədbirdə adın çəkilib. Mən dedim ki, nə olsun çəkilib, mən orada olmamışam ki. Əvvəl dəvət olunmuşdum, sonradan dəvətnaməmi siyahıdan çıxardılar. Hər halda istəsələr, gəlib töhfəmizi verərik. İstəməsələr də, bu, artıq bizdən asılı deyil. Məndən başqa, Vəli Qasımov, Vladislav Qədirov, Arif Əsədov, İqor Ponamaryov kimi uğur qazanmış insanların görüşü futbolçulara motivasiya verə bilər.
 
– Sizcə, azarkeşləri stadionlara necə cəlb edib, milliyə dəstək olağa çağırmaq olar?
– Reklam olmalıdı. TV-də xırda yox, böyük reklamlar getməlidi. Futbolçular bir-bir təbliğ olunmalıdı. Ürəyində vətən sevgisi olan hər kəs milliyə dəstək verməldi. Düzdü, heç kimi ora məcbur yığmaq olmaz. Bu, artıq milliyə olan sevgiyə, məhəbbətə bağlı bir şeydi.
 
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-24 08:00

Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”

blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm